Şəxsi menecer

Bizim işimiz əsasən yaşayış və qeyri-yaşayış obyektlərinin sıfırdan sona qədər professional səviyyədə layihə işinini yerinə yetirmək, interyer-dizayn hazırlamaq və həyata keçirməkdir.

Belə bir tapşırığı yüksək səviyyədə həyata keçirmək üçün xüsusi şöbələr yaratmışıq. Belə ki, memar və dizaynerlər şöbəsi, dizayn-layihə satışı şöbəsi, material və avadanlıq təminatı şöbəsi, tikinti-təmir şöbəsi, reklam və informasiya şöbəsi və daha bir neçə hüquqi və digər şöbələr.

Bütün bunların səmərəli həyata keçməsi üçün layihəyə şəxsi menecer ayrılır.

Layihənin şəxsi meneceri

(Bu vacib xidmət “N-reflection” firmasının Sizə hədiyyəsi olaraq pulsuz yerinə yetiriləcək)

- Dizaynerdən daimi məlumatları və tapşırıqları qəbul edir.

- Sifarişçi və dizayner arasında daimi əlaqə saxlayır.

- Dizayner və Sifarişçinin göstərişi ilə etibarlı satış yerlərindən lazımi material və avadanlıq təchizatını təmin edir.

- Sifarişçinin ümumi işlə bağlı tapşırıqlarına əməl edir.

- İşin gedişinə nəzarətdə əsas rol oynayır.

- İşin ayrı-ayrı mərhələlərinin əvvəlcədən təyin olunmuş müddətə başa çatdırılmasına və keyfiyyətinə nəzarət etməklə cavabdehlik daşıyır.

- Fors-major hallarda operativ qərar qəbul edir və yaranmış problemi həll edir.

Bizim məqsədimiz görəcəyimiz işi hamıdan yaxşı görməkdir! Bu həm bizə, həm də Sizə yaxşıdır.